Misir ilə Rusiya T-90MS tanklarını birgə istehsal edəcək

Misir ilə Rusiya T-90MS tanklarını birgə istehsal edəcək

Rusiya ilə Misir arasında 500 ədəd T-90MS tankının tədarükünə dair müqavilə bağlanıb.

“AzeriDefence”nin “Avia.pro”ya istinadən verdiyi xəbərə görə, Misir Silahlı Qüvvələri ilə “Rosoboronexport” arasında imzalanan müqavlənin dəyəri təxminən 156 milyard rubl təşkil edir.

Müqavilə çərçivəsində Rusiyanın “Uralvaqonzavod” dövlət şirkəti Misirə texnologiya transferi edəcək və lisenziya əsasında Misirdə T-90MS tanklarının birgə istehsalı həyata keçiriləcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş