Misir Liviya ilə sərhədə döyüş texnikaları çıxarıb

Misir Liviya ilə sərhədə döyüş texnikaları çıxarıb

Misir Silahlı Qüvvələri Liviya ilə sərhədə ordunun silahlanmasında yer alan əsas döyüş tankları və döyüş helikopterlərini çıxarıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Misir TV”yə istinadən “Defence News Nigeria” sosial media hesabı məlumat yayıb.

“Defence News Nigeria” sosial media hesabında paylaşılan fotolardan göründüyü qədər Misir Ordusu Liviya sərhədinə M1A2 “Abrams” əsas döyüş tankları və AH-64E “Apache” hücum helikopterlərini çəmləşdirib.

Xarici KİV-lərdə yer alan məlumatlara görə, bu qüvvələrin yerləşdirilməsi marşal Xəlifə Haftarın Tobrukda yerləşən Liviya Milli Ordusuna (LNA) qarşı Misirin müdaxiləsini elan edir. İkinci Liviya Vətəndaş müharibəsi Liviyaya nəzarət etmək istəyən rəqib fraksiyalar arasında davam edən qarşıdurmadır.

KATEQORIYA:
Bu xəbəri paylaş