Misirin güc strukturlarının nümayəndələrindən ibarət heyət Azərbaycana səfər edəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misirin Azərbaycandakı səfiri xanım Suzan Mohamed Gamil ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri Azərbaycan ilə Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və genişləndiyini qeyd edib. Nazir regiondakı hərbi-siyasi vəziyyətlə bağlı məlumat verərək Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Görüşdə, yaxın vaxtlarda Misir Ərəb Respublikasının güc strukturlarının geniş tərkibli nümayəndə heyətinin Azərbaycana gözlənilən səfəri, keçiriləcək danışıqlarda təhlükəsizlik və müdafiə sahəsində müzakirələrə dair tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş