“Mitsubishi” şirkəti hərbi gəmilər inşa edəcək

“Mitsubishi” şirkəti hərbi gəmilər inşa edəcək

Yaponiyanın “Mitsubishi Heavy Industries” (MHI) şirkəti gəmiqayırma sənayesinə daxil olaraq hərbi gəmilər inşa edəcək.

“AzeriDefence”nin “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Mitsubishi” şirkəti gəmiqayırma işlərinin potensial alınması üçün “Mitsui E&S” (Mitsui Engineering & Shipbuilding) şirkəti ilə danışıqlar aparır.

2020-ci ilin sonuna qədər “Mitsubishi Heavy Industries” və “Mitsui E&S” şirkətləri arasında gəmiqayırma sahəsində birgə əməkdaşlığa dair müqavilə bağlanması planlaşdırılır.

Qeyd edək ki, “Mitsui E&S” şirkəti Yaponiyada təchizat-yedək gəmiləri və patul gəmiləri də daxil olmaqla hərbi gəmilərin inşasını və təmirini həyata keçirir.

KATEQORIYA:
Bu xəbəri paylaş