“Mizraq-U” helikopterdən atıldı – FOTO

Türkiyənin ROKETSAN şirkəti tərəfindən Uzun Mənzilli Tank Əleyhinə Raket (UMTAS) layihəsi çərçivəsində istehsal olunan “Mizraq-U” raketinin helikopterdən ilk idarə olunan atış testi keçirilib. Bu barədə “AzeriDefence”yə Türkiyə Müdafiə Sənayesi Katibliyindən məlumat verilib.

Quru Qoşunlarının AH-1S helikopterindən gerçəkləşdirilən 3500 metr m ənzilli atışda hədəf yüksək dəqiqliklə məhv edilib.

T-129 ATAK helikopterində istifadə üçün hazırlanan “Mizraq-U” raketinin maklimal atış uzaqlığı 8 kilometrdir.

Seriyalı istehsalına 2015-ci ildə başlanacaq raket beynəlxalq bazarda böyük maraqla qarşılanır.

KATEQORIYA:
Bu xəbəri paylaş