MKE antimaterial snayper tüfəngini təqdim edib – FOTO

Türkiyənin MKE Təşkilatı anti-material snayper tüfəngini ictimaiyyətə təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, İDEF-2017 sərgisində tüfəngin prototipi ilk dəfə nümayiş olunub.

12.7×99 mm çaplı patronla atəş açan MAM-15 snayper tüfəngi əllə tək-tək doldurma mexanizminə sahibdir. Tüfəngin teleskopik qundağında təpməni azaldan amortizator, habelə atıcının rahatlığı üçün tənzimlənən yanaqlıq və dayaq tətbiq edilib. Qundaq istifadəçiyə görə 45 mm-ə qədər uzadıla bilir. Silahda tətiklə ara məsafəsi tənzimlənən dəstəkdən istiadə olunur.

MKE mütəxəssislərinin sözlərinə görə, snayper tüfənginin effektiv atış mənzili 1800 metr, ağırlığı boş halda 13 kiloqram, uzunluğu qundaq açıq hada 1555 mm, qundaq qapalı halda 1510 mm, lüləsinin uzunluğu 737 mm, güllənin lülədən çıxış sürəti 885 metr/saniyə təşkil edir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş