MKE baş direktoru Müdafiə Sənayesi Nazirliyində olub

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Bakıda səfərdə olan Türkiyə Makina və Kimya Sənayesi Təşkilatının (MKE) baş direktoru İzzet Artunçun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “AzeriDefence” Müdafiə Sənayesi Nazirliyinə istinadən məlumat verib.

Görüşdə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə MKE arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Görüşdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi Yücel Karauz da iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş