MKE-nin baş direktoru Azərbaycana gələcək

Türkiyə müdafiə sənayesinin ən böyük qurumlarından olan Makina və Kimya Sənayesi Təşkilatının (MKE) baş direktoru İzzət Artunçun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Bu barədə “AzeriDefence”yə MKE-dən məlumat verilib.

Gələn həftəyə planlaşdırılan səfər tanışlıq məqsədi daşıyır. Bu İ. Artunçun MKE rəhbəri vəzifəsində Azərbaycana ilk səfəridir.

Səfər çərçivəsində İ. Artunçun Müdafiə Sənayesi Nazirliyində və digər qurumlarda görüşləri planlaşdırılır. Müdafiə Sənayesi Nazirliyində görüşlərdə birgə layihələrin reallaşdırılması məsələlərinin müzakirəsi gözlənilir.

Əməkli vitse-admiral İ. Artunç bundan əvvəl Türkiyə Sahil Mühafizəsinin komandanı olub. O, 2012-ci ilin mart ayında MKE-yə baş direktor təyin edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş