MKE təşkilatı KNT-76 snayper tüfənginin seriyalı istehsalına hazırlaşır

Türkiyənin MKE təşkilatı MPT-76 piyada tüfənginin bazasında manqa səviyyəsində istifadə üçün KNT-76 adlı yeni snayper tüfəngi yaradıb.

Bu barədə “AzeriDefence”yə İstanbulda keçirilən “High Tech Port-2016” sərgisində iştirak edən MKE təşkilatından məlumat verilib.

MPT-76 üzərində bəzi dəyişikliklər edilməklə hazırlanmış KNT-76 tüfənginin testləri bitib və seriyalı istehsala hazırdır.

Silahın bəzi göstəriciləri barədə məlumat verən MKE mütəxəssislərinin sözlərinə görə, KNT-76 snayper tüfəngi MPT-76-dan lüləsinin uzun olması (lüləsi 51 sm) və yarımavtomat atış prinsipinə görə fərqlənir. Istənilən optik nişangahla dəstləşdirilə bilın snayper tüfəngi MPT-76-dan təxminən 500 qram ağırdır. KNT-76 snayper tüfənginin effektiv atış məsafəsinin 800 metr olduğu bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş