MKE “Yavuz”u IDEF-də sərgiləyəcək

Türkiyənin MKE təşkilatı T-155 “Panther” yedəkdə daşınan topun maşın üstü versiyası olan “Yavuz”u IDEF-2017 sərgisinədə nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə MKE-dən məlumat verilib.

“Yavuz” kompleksinə daxil olan 155 mm-lik “Panther” topu 6×6 təkər formuluna malik MAN markalı nəqliyyat vasitəsinin üzərinə inteqrasiya olunub. Bununla da topun daşınması prosesi sürətlənib və əlavə imkanlar qazandırıb.

Konyadakı Karapınar poliqonunda keçirilmiş sınaqlarda ilk atışlar uğurla nəticələnib. T-155 “Panther”in atış uzaqlığı 155 mm-lik MKE MOD 274 sursatları ilə 40 km təşkil edir. Maşın üzərində yüklənən 18 sursat ehtiyatı olan kompleks dəqiqədə 4-6 ədəd mərmidən atəş açmaq imkanına sahibdir.

KATEQORIYA:
Bu xəbəri paylaş