MN: Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb

MN: Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb

Ermənistan silahlı qüvvələrinin mövqelərinin Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatı xəbər yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir.

“Əksinə Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş