
MN: Atəşkəsi pozan düşmənin mövqeləri minaatanlardan istifadə edilməklə susdurulub
Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub. Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub”, – deyə Nazirlik bəyan edib.
KATEQORIYA: Xəbərlər