MN: Azərbaycan Ordusu Xocalıda mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır

MN: Azərbaycan Ordusu Xocalıda mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır

Xocalı rayonunun Qarabulaq kəndinin (keçmiş Əsgəran rayonunun Aknaxpyur kəndi) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin xəsarət alması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır”, – deyə Müdafiə Nazirliyinin məlumatında deyilib.

KATEQORIYA:
Bu xəbəri paylaş