MN: Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlərin icrası davam edir

MN: Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlərin icrası davam edir

İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli mühəndis təminatı üzrə tədbirlərin icrası davam edir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri aparılır. Avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Dağlıq ərazilərdə yerləşən bölmələrin mövqeləri istiqamətində yeni yolların çəkilməsi üzrə mühəndis işləri icra edilir. Bu günədək xeyli sayda mina və partlamamış döyüş sursatı utilizasiya edilib.

Azad edilmiş ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş