MN: Azərbaycan hərbçilərinin nəşləri döyüş meydanından təxliyə edilib
Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin nəşləri döyüş meydanından çıxarılıb.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordsunun hərbi qulluqçularının nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.