MN: “Azərbaycan Ordusunun 7 hərbçisinin həlak olması barədə ermənilərin yaydığı məlumat doğru deyil”

Cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat doğru deyil.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat ximdətindən bildirilib.

Nazirlik Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovanessiyanın bu gün Azərbaycan-Ermənistan dövlət sərhəddində baş verən döyüşdə güya Azərbaycan Ordusunun 7 hərbçisinin itirməsi barədə verdiyi açıqlamanın Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədi daşıdığını bəyan edib.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən Azərbaycan Ordusunun bölmələrinin pusqusuna düşüb.Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Ermənistan Müdafiə Nazirliyi silahlı toqquşmada öldürülmüş şəxsi heyətdən 3 nəfərin adını açıqlayıb. Bunlar baş leytenant Şavarş Məlikyan, əsgər Edqar Narayan və Erik Abovyandır.

KATEQORIYA:
Bu xəbəri paylaş