MN: “Azərbaycana məxsus hərbi helikopterin vurulması ermənilərin təxribatıdır”

Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumat yalandır.

Bu barədə məlumat “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Ermənistanın bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yayılan məlumatlar kökündən yalandır, təxribat xarakterlidir və dezinformasiya məqsədi daşıyır.

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya vasitələri tam heyətdə yerindədir.

KATEQORIYA:
Bu xəbəri paylaş