MN cavab verdi: “Mayın 13-də erməni tərəfinə məxsus 2 PUA məhv edilib”

Müdafiə Nazirliyi Ermənistan mətbuatının Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulmasına dair xəbərlərinə reaksiya verib.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidməti sorğuya cavab olaraq bildirib ki, Silahlı Qüvvələrimizin sərəncamında olan bütün PUA-lar yerindədir.

Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir.

Nazirlikdən o da bildirilib ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.

Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş