MN: Cəbhədə Azərbaycan tərəfinin itkilər verməsi barədə ermənilərin yaydığı xəbərin heç bir əsası yoxdur

“Cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur”.

“AzeriDefence”nin məlumatına görə, bu barədə erməni tərəfinin Azərbaycan Ordusunun guya ki ötən gecə cəbhədə diversiya törətməsi barədə yaydığı məlumata cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar. Ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib”, – deyə Nazirlik bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş