MN-dan reaksiya: “Azərbaycan-Türkiyə zabitlərinin qarşılıqlı olaraq hər iki dövlətin hərbi qurumlarında xidmət etməsi fikri yanlışdır”

Martın 15-də Ankara şəhərində Azərbaycan ilə Türkiyə arasında hərbi/mülki heyətin mübadiləsinə dair imzalanan protokolu şərh edən bəzi elektron kütləvi informasiya vasitələri məsələyə qeyri-ciddi yanaşıblar.

“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlama Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Nazirlikdən bildirilib ki, sənədə əsasən yüksək rütbəli zabitlərin qarşılıqlı olaraq hər iki dövlətin hərbi qurumlarında xidmət etməsi fikri tamamilə yanlışdır.

Bununla belə, ikitərəfli əməkdaşlıq planına uyğun olaraq 2015-ci ildən başlayaraq rəhbər heyət qarşılıqlı surətdə taktiki səviyyədə Azərbaycan və Türkiyədə təcrübə mübadiləsi məqsədilə qısamüddətli hərbi xidmət keçir.

Bu döyüş hazırlığının artırılması və bölmələrin uzlaşması məqsədilə həyata keçirilən təlim prosesidir.

KATEQORIYA:
Bu xəbəri paylaş