MN: Düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya”, 30-dək avtomobili və xeyli sayda canlı qüvvəsi məhv edilib

MN: Düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya”, 30-dək avtomobili və xeyli sayda canlı qüvvəsi məhv edilib

Oktyabrın 7-si gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş