MN: “Düşmənin guya cəbhənin bəzi sahələrində öz mövqelərini irəli çəkməsi barədə məlumat dezinformasiyadır”

MN: “Düşmənin guya cəbhənin bəzi sahələrində öz mövqelərini irəli çəkməsi barədə məlumat dezinformasiyadır”

Bu gün Ermənistan müdafiə nazirliyinin rəsmilərinin cəbhənin müxtəlif istiqamətlərində gedən gərgin döyüşlər zamanı guya bəzi sahələrdə öz mövqelərini irəli çəkməsi, hətta Azərbaycan Ordusunun bir qrup hərbçisinin “məhv” edilməsi barədə yaydıqları xəbər tamamilə yalandır.

Bu barədə “Azeri Defence” saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna bənzər məlumatlar erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyünü, ümumilikdə isə xaos və özbaşınalığı qismən də olsa aradan qaldırılmasına yönəlib.

KATEQORIYA:
Bu xəbəri paylaş