MN: “Ermənistan tərəfi öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurur”

MN: “Ermənistan tərəfi öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurur”

Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır.

Bu barədə “Azeri Defence” saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir.

KATEQORIYA:
Bu xəbəri paylaş