MN: “Müdafiə Nazirliyinə məxsus torpaq sahələrinin satılması barədə yayılan xəbər həqiqəti əks etdirmir”

MN: “Müdafiə Nazirliyinə məxsus torpaq sahələrinin satılması barədə yayılan xəbər həqiqəti əks etdirmir”

“Sosial şəbəkələrdə Müdafiə Nazirliyinə məxsus torpaq sahələrinin satılması barədə yayılan xəbər həqiqəti əks etdirmir”.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aparılan islahatlar və quruculuq işləri ilə əlaqədar Lənkəran rayonu ərazisində sovet dövründən mövcud olan bir neçə hərbi hissənin daimi dislokasiya məntəqəsi dəyişdirilib: “Boşaldılmış  və istifadəsiz qalmış ərazilər səmərəli istifadə edilməsi məqsədilə 2018-ci ildə müvafiq aktlar və sənədlər əsasında Dövlət Əmlak Komitəsinə təhvil verilib və qanuni olaraq satışa çıxarılan həmin torpaqların Müdafiə Nazirliyinə heç bir aidiyyəti yoxdur”.

“Bu cür təxribat xarakterli xəbərləri yayanlar düşmən təbliğatının maraqlarına xidmət edən bəzi şəxslərdir”, – deyə Müdafiə Nazirliyin məlumatında bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş