MN: Rusiyanın sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir – VİDEO

MN: Rusiyanın sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir – VİDEO

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan və Rusiya arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir.

Bu barədə “Azeri Defence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 28-də Rusiyadan Azərbaycana dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.

Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb.

Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.

Qeyd edək ki, gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiyanın 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş