MN: Sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır və təxribat xarakteri daşıyır

MN: Sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır və təxribat xarakteri daşıyır

Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya sistemlərindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azeri Defence” saytına bildirilib ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

“Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş