MN: Tovuzda vəziyyət yenidən gərginləşib

MN: Tovuzda vəziyyət yenidən gərginləşib

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artileriya atəşinə tutub.

“Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş