Modernizə edilmiş S-125 ZRK-lərdən döyüş atışları icra edilib – FOTO/VİDEO

Müdafiə Nazirliyinin 2016-cı il üçün döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüşə hazırolma səviyyəsinin yoxlanılması davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, qoşunların kompleks hazırlığı çərçivəsində modernizə edilmiş bir neçə S-125 zenit-raket qurğularından növbəti döyüş atışları icra edilib.

Komplekslərdən atılan səmərəli atışlar nəticəsində bütün hədəflər aşkar edilərək məhv edilib.

Təlimdə hava məkanını pozan şərti düşmənin aşkarlanaraq onun haqqında informasiyanın döyüşü idarəetmə məntəqəsinə çatdırılması və real atəş zərbələri ilə hədəflərin dərhal məhv edilməsi tapşırığı uğurla yerinə yetirilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən döyüş hazırlığı təlimlərində iştirak edən şəxsi heyətin praktiki vərdişləri və atışlarının nəticələri yüksək qiymətləndirilib.hhq6 hhq5 hhq4 hhq3 hhq1

KATEQORIYA:
Bu xəbəri paylaş