Modernləşdirilən növbəti döyüş tankları Ukrayna Ordusuna təhvil verilib

Modernləşdirilən növbəti döyüş tankları Ukrayna Ordusuna təhvil verilib

Ukrayna Müdafiə Nazirliyinin sifarişi əsasında “Lviv Zirehli Tank Zavodu” dövlət müəssisəsi tərəfindən təkmilləşdirilən 5 ədəd T-64 və T-72 tankı Silahlı Qüvvələrə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Ukraynanın “Ukroboronprom” Dövlət Konserni məlumat yayıb.

Modernləşdirmə əsasında tanklar müasir yanğın nəzarəti, peyk naviqasiya sistemləri, arxa görüntü kamerası, daxili və xarici rabitə, həmçinin gündüz və gecə görmə cihazları ilə təchiz edilib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş