Modernləşdirilmiş “Sprut-SDM1” yüngül amfibiya tankının sınaqları davam edir

Modernləşdirilmiş “Sprut-SDM1” yüngül amfibiya tankının sınaqları davam edir

Rusiyanın “Rostex” Dövlət Korporasiyasının “Yüksək dəqiqlikli komplekslər” şirkəti tərəfindən modernləşdirilmiş “Sprut-SDM1” tankının dövlət sınaqları 2022-ci ildə başa çatacaq.

“Azeri Defence”nin məlumatına görə, bunu “Rostex” Dövlət Korporasiyasının silah kompleksinin sənaye direktoru Bekxan Ozdoev “RİA Novosti”yə müsahibəsində deyib.

“Hazırda Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən sınaqları keçirilən “Sprut-SDM1” tankının modernləşdirilmiş prototipləri 2022-ci ildə dövlət sınaqlarını tamamayacaq. “Sprut-SDM1” prototipləri dəniz və yüksək dağlıq şərtlərində, müxtəlif iqlim zonalarında, o cümlədən havanın -40 ilə +40 ° C arasında temperaturunda sınaqlardan keçiriləcək”, -deyə B. Ozdoev vurğulayıb.

Onun sözlərinə görə, modernləşdirilmiş “Sprut-SDM1” yüngül amfibiya tankının hər mərhələdə atış testləri yerinə yetiriləcək. Dövlət sınaqlarının nəticələrinə görə yeni tankın konstruktor sənədləşməsi təsdiq ediləcək və seriyalı istehsalına başlanılmasına icazə veriləcək.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş