Modernləşdirilmiş T-90M tankları silahlanmaya verilib

Modernləşdirilmiş T-90M tankları silahlanmaya verilib

“Uralvaqonzavod” modernləşdirilmiş T-90M “Prorıv” tankının növbəti partiyasını Rusiya Ordusuna təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə Rusiyanın “Rostex” Dövlət Korporasiyası məlumat yayıb.

Modernizasiya nəticəsində T-90M tankları yeni qüllə və daha güclü mühərrik ilə təchiz olunub. Tankın elektro-optik nişangahı hər cür hava şərtlərində gecə/gündüz dəqiq atış imkanı verir.

Modernləşdirilən T-90M tankının əsas xüsusiyyətlərindən biri real vaxt rejimində digər nəqliyyat vasitələri ilə informasiya mübadiləsinin aparılmasıdır.

Qeyd edək ki, Modernləşdirilmiş T-90M “Prorıv” tanklarının ilk partiyası 2020-ci ilin aprelində Rusiya Ordusnun silahlanmasına qəbul edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş