Modernləşdirilmiş “Sprut-SDM1” yüngül amfibiya tankı dövlət sınaqlarına başlayır

Modernləşdirilmiş “Sprut-SDM1” yüngül amfibiya tankı dövlət sınaqlarına başlayır

“Rostex” Dövlət Korporasiyasının “Yüksək dəqiqlikli komplekslər” şirkəti tərəfindən “Sprut-SDM1” tankının modernləşdirilmiş prototipləri dövlət sınaqları üçün Rusiyanın Müdafiə Nazirliyinə təhvil verilib.

Bu barədə Azeri Defence saytına “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

“Sprut-SDM1” tankının modernləşdirilmiş prototipləri növbəti bir il yarım ərzində Rusiya Silahlı Qüvvələrinin hərbi birləşmələri tərəfindən sınaqdan keçiriləcəkdir.

“Sprut-SDM1” prototipləri dəniz və yüksək dağlıq şərtlərində, müxtəlif iqlim zonalarında, o cümlədən havanın -40 ilə +40 ° C arasında temperaturunda sınaqlardan keçiriləcək. Modernləşdirilmiş Sprut-SDM1 yüngül amfibiya tankının hər mərhələdə atış testləri yerinə yetiriləcək.

Dövlət sınaqlarının nəticələrinə görə yeni tankın konstruktor sənədləşməsi təsdiq ediləcək və seriyalı istehsalına başlanılmasına icazə verəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş