Modernləşdirilən F-22-nin ilk nümunələri ABŞ Hərbi Hava Qüvvələrində istismara verilib

“AzeriDefence”nin məlumatına görə, “Increment 3.1” proqramı çərçivəsində aparılan modernləşmə zamanı F-22 “Raptor” təyyarəsi hədəflərin təyin olunması və dəqiq vurulması imkanını genişləndirib, “SDB” markalı 113 kq çəkisində olan bombaların sayı 8-ə qaldırılıb.

Aparılan yeniliklərdən sonra qırıcı ərazinin xəritəsini çəkmək, düşmən məntəqələrini müəyyənləşdirmək və bu məntəqələrdən ikisini hədəfə alaraq, vurmaq imkanına malik olub. Bundan sonra F-22 hərəkətdə olan hədəfi də dəqiq vura biləcək.

Modernləşmə çərçivəsində qırıcı radio elektron mübarizəsi və kəşfiyyatı sistemi ilə də təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş