Monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 17-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.

Bu barədə “AzeriDefence”yə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Peter Svedberq və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov keçirib.

Monitorinq insidentsiz başa çatıb.

KATEQORIYA:
Bu xəbəri paylaş