Moskvada hərbi paradda Azərbaycan hərbçiləri “Aztex” avtomatı ilə keçid edəcəklər

Moskvada hərbi paradda Azərbaycan hərbçiləri “Aztex” avtomatı ilə keçid edəcəklər

İyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti bu gün Moskva şəhərinə yola düşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakıda yekunlaşan hazırlıq məşqlərini Azərbaycan Ordusunun hərbi qulluqçuları digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirəcəklər.

Qeyd edək ki, hərbi paradda Azərbaycan  hərbçiləri ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi edəcəklər.

Müdafiə Nazirliyinin yayımladığı videodan göründüyü qədər Azərbaycan hərbçiləri yerli müəssisədə yığılmış AR-15 “Aztex” avtomatı ilə silahlanmış şəkildə keçid edəcəklər.

“Aztex” avtomatı Amerikanın məşhur M-4 avtomatının dizaynına əsaslanır. Bundan əvvəl Azərbaycan Ordusunun şəxsi heyəti 2018-ci ildə Bakı şəhərində keçirilmiş hərbi paradlarda bu silahla keçid edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş