Moskvada keçiriləcək hərbi paradın təlim məşqləri davam edir

Moskvada keçiriləcək hərbi paradın təlim məşqləri davam edir

Moskva vilayətinin Alabino şəhərində mayın 9-da keçiriləcək hərbi paradda iştirak edəcək şəxsi heyətin və texnikanın təlim məşqləri başlayıb.

Bu barədə “AzeriDefence” TASS xəbər agentliyinə istinadən məlumat verib.

İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə keçiriləcək hərbi parad Qırmızı Meydanda təşkil ediləcək.

Bu münasibətlə Alabino təlim poliqonunda 30 ədəd əfsanəvi T-34 tankından ibarət heyətin təlim məşqləri keçirilir. Ötən gün Hərbi Kosmik Qüvvələrin 75 ədəd təyyarəsi Moskva səmasında təlim uçuşları keçirib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, general-mayor İqor Konaşenkov bildirib ki, hərbi parada hazırlıq plan üzrə gedir, tarixin və formatın dəyişdirilməsinə dair qərar yoxdur.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş