Moskvada Qəbələ RLS-lə bağlı hökumətlərarası danışıqlar keçirilib

Moskvada Azərbaycan və Rusiya hökumətləri arasında Qəbələ radiolokasiya stansiyasının (“Dəryal” RLS) icarə müddətinin artırılmasına dair danışıqlar keçirilib. “AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, fevralın 15-də Moskvada səfərdə olan Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın müdafiə naziri Anatoli Serdyukov tərəfindən qəbul edilib. Danışıqlarda “Dəryal” RLS-in statusu, istifadə şərtləri və prinsiplərinin əks olunduğu dövlətlərarası müqavilənin müddətinin uzadılmasına dair müzakirələr aparılıb.

Tərəflər görüşün yekununda yeni müqavilənin tezliklə imzalanması üçün konsultasiyaların davam etdirilməsi barədə razılığa gəliblər.

KATEQORIYA:
Bu xəbəri paylaş