MPT-76 avtomatının istehsala hazırlanmasında Azərbaycan hərbçilərinin də təklifi öyrənilib

MPT-76 Türkiyə xaricində yalnız Azərbaycanda testlərə təqdim olunub

MPT-76 milli piyada tüfənginin seriyalı istehsala hazırlanmasında Türkiyə Silahlı Qüvvələri ilə yanaşı Azərbaycan Silahlı Qüvvələrinin də təklifləri nəzərə alınıb.

Bu barədə “AzeriDefence”yə İstanbulda keçirilmiş “High Tech Port-2016” sərgisində iştirak edən MKE təşkilatının nümayəndələri məlumat veriblər.

MPT-76 Türkiyə xaricində yalnız Azərbaycanda testlərə təqdim olunub. Azərbaycan hərbçilərinin silahın təkmilləşdirilməsi istiqamətində fikir və təklifləri öyrənilərək istifadə olunub.

“Azərbaycan hərbçiləri silahın performansından məmnundurlar. Düşünürük ki, bu tüfəng gələcəkdə Türkiyə Silahlı Qüvvələri ilə yanaşı Azərbaycan Ordusunun da geniş istifadə etdiyi silahlardan birinə çevriləcək”, – deyə MKE stendindən bildirilib.

MKE mütəxəssislərinin sözlərinə görə, MPT-76 özünün dəqiqliyi, uzaq məsafəyə atış imkanı, geri təpməsinin AK-74 və G3 ilə müqayisədə zəif olmasına görə üstünlük verir.

Silahın baza versiyada 20 patron tutumlu şəffaf daraqla dəstləşdirilməsi nəzərdə tutulur. Lakin avtomat üçün 30 patron tutumlu daraq da hazırlanıb.

MPT-76 ilə bərabər MKE bu silahın 5.56×45 mm çaplı MPT-55 modelini də hazırlayıb. MPT-55 tüfəngi MPT-76-dan daha yüngüldür.

Hər iki silah seriyalı istehsala verilib.

mpt

Xüsusi hazırlanmış lüləaltı qumbaraatanla dəstləşdirilmiş MPT-76

 

KATEQORIYA:
Bu xəbəri paylaş