MPT-76 tüfənginin ilk partiyasının istehsalı yekunlaşıb

Türkiyə mühəndisləri tərəfindən yaradılmış MPT-76 milli piyada tüfənginin 500 ədədlik ilk partiyasının istehsalı yekunlaşıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi öz “Twitter” səhifəsində bildirib.

Sifariş verilmiş 19500 ədəd MPT-76-nın 2017-ci ilin sentyabr ayınadək silahlı qüvvələrə təhvil verilməsi nəzərdə tutulur.

7.62×51 mm çaplı avtomatın çəkisi 4.1 kq, darağının tutumu 20 patron və effektiv atış məsafəsi 600 metr, atış tempi dəqiqədə 700 güllədir.

KATEQORIYA:
Bu xəbəri paylaş