MPT-76 tüfənginin Azərbaycanda sınaqları keçiriləcək

Türkiyənin MPT-76 Milli Piyada Tüfəngi Azərbaycanda testdən keçiriləcək. “AzeriDefence”nin məlumatına görə, bu barədə Bakıda ötən həftə keçirilmiş ADEX-2014 sərgisində razılaşma əldə olunub.
Sərgidə praktik olaraq MPT-76-nın Azərbaycan güc strukturları üçün təqdimatı keçirilib. MKE-nin baş direktoru İzzət Artunçun sözlərinə görə, yaxın vaxtlarda test üçün silahın bir neçə nümunəsi Azərbaycana göndəriləcək və testlər müxtəlif ərazi şərtlərində aparılacaq.

Testin nəticələrindən sonra adıçəkilən avtomatın Azərbaycanda istehsalı və silahlanmaya qəbulu barədə qərar qəbul olunacaq.

Tüfəngin istehsalçısı olan Makina və Kimya Sənayesi Qurumunun (MKE) nümayəndələrinin sözlərinə görə, artıq may ayında silahın ilk partiyası (200 ədəd) sınaqların keçirilməsi üçün Türkiyə Quru Qoşunlarına verilib.

MPT-76 tüfəngi 7.62 mm çaplıdır. Çəkisi 4.1 kq təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş