Mərkəzi Asiya respublikalarından biri ABŞ-dan yeni radiostansiyalar alır

Mərkəzi Asiya ölkələrindən biri ABŞ-ın Harris Korporasiyası ilə “Falcon” tipli taktik radio sistemlərinin satın alınmasına dair 7 milyon dollar dəyərində müqavilə bağlayıb. Bu barədə “AzeriDefence”yə Harris Korporasiyasının media ilə əlaqələr bölməsindən məlumat verilib.

Şirkət sifarişçi dövlətin adını açıqlamayıb. Radiostansiyaların həmin ölkənin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrindəki bölmələrinin istifadəsində yer alacağı bildirilib.

Sifariş Falcon III® RF-7800S Secure Personal Radio (SPR™), RF-7800M Multiband Networking Radio, Falcon II® RF-5800M əl və RF-5800H manpack radiostansiyalarının çatdırılmasını əhatə edir.

KATEQORIYA:
Bu xəbəri paylaş