MSN 23 mm çaplı yeni snayper tüfəngi hazırlayır

Müdafiə Sənayesi Nazirliyi (MSN) “İstiqlal” iriçaplı snayper tüfəngləri ailəsində daha uzun atış məsafəsinə malik 23 mm çaplı snayper tüfənginin yaradılması üzərində işləyir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, yeni snayper tüfənginin effektiv atış məsafəsi 3000 metr təşkil edəcək.

Yavər Camalov qeyd edib ki, hazırda pilotsuz uçuş aparatlarının endirilməsində istifadə olunan sistemlərin, habelə idarə olunmayan aviasiya bombalarının idarə olunan formaya salınması, həmçinin elektron impulslu silahların yaradılması istiqamətində işlər aparılır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş