MSN 30 mm-lik avtomatik qumbaraatanların seriyalı istehsalına başlayacaq

Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Aqreqat” İstehsalat Birliyində 30 mm avtomatik qumbaraatan kompleksinin seriyalı istehsalı həyata keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Aqreqat” İstehsalat Birliyinin baş direktoru Fərhad Cəfərquliyev MSN əməkdaşlarının peşə bayramı münasibəti ilə keçirilən tədbirdəki çıxışında bildirib.

Cəfərquliyevin sözlərinə görə, hazırda qeyd olunan məhsulun istehsalının mənimsənilməsi prosesi gedir. Müvafiq avadanlıqlar alınıb.

F.Cəfərquliyev “Aqreqat” İstehsalat Birliyinin müəssisələrində RPQ-7V2 əl qumbaraatanlarının da istehsalına başlanacağını bildirib.

Qeyd edək ki, hazırda MSN-in “Cihaz” İstehsalat Birliyinin müəssisəsində RPQ-7 əl qumbaraatanlarının istehsalı və ixracı həyata keçirilir. Xarici sifarişin çox olması səbəbindən bəzi məhsulların bir neçə müəssisədə istehsal edilməsinə qərar verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş