MSN 4 müdafiə təyinatlı məmulatı silahlanmaya tövsiyyə edib

Cari ilin ilk 4 ayı ərzində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılmış 4 müdafiə təyinatlı məmulat silahlanmaya tövsiyyə olunub. Bu barədə AzeriDefence-yə MSN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, may ayının 14-dən 16-dək Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2012-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş səyyar kollegiya iclasları keçirilib.

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda birinci rübdə birlik və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları, ümumiyyətlə cari ildə görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Bildirilib ki, aparılan məqsədyönlü işlər nəticəsində hesabat dövründə nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilib.

Hesabat dövründə 2012-ci ilin İstehsal Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib. Respublikanın güc strukturları ilə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məhsullar istehsal edilərək sifarişçilərə təhvil verilib. İlin ilk rübündə 75 adda müdafiə təyinatlı, 120 adda isə mülki təyinatlı məmulatın istehsalı həyata keçirilib. Cari ilin birinci rübündə proqram əsasında yaradılma mövzuları üzrə nəzərdə tutulan 10 mərhələ yerinə yetirilib. Həmin dövrdə məmulatların yaradılması üzrə 9 sınaq müvəffəqiyyətlə başa çatdırılıb.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib. 2012- ci ilin İstehsal Proqramlarının və digər proqnoz tapşırıqların icrasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Hesabat dövrü ərzində tabeli birlik və müəssisələrdə görülmüş işləri qənaətbəxş hesab olunduğunu bildirən nazir Yavər Camalov qeyd edib ki, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi naminə respublikanın Silahlı Qüvvələrinin müasir tələblərə cavab verən silah və döyüş sursatları ilə təmin edilməsi istiqamətində MSN qarşısında qoyulmuş mühüm vəzifələrin icrası üçün bundan sonra da bütün gücünü səfərbər etməlidir.

KATEQORIYA:
Bu xəbəri paylaş