MSN-də ilin yekunlarına dair müşavirə keçirilib

MSN-də ilin yekunlarına dair müşavirə keçirilib

Müdafiə Sənayesi Nazirliyində (MSN) 2019-cu ilin yekunlarına və qarşıda duran məsələlərə dair geniş müşavirə keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Müdafiə Sənayesi naziri Mədət Quliyevin sədrliyi ilə keçirilən iclasda tabeçilikdə olan birlik və müəssisələrin 2019-cu il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib. Qeyd olunub ki, Silahlı Qüvvələrin silah, sursat və digər müdafiə təyinatlı məhsullarla təmin edilməsinin vacibliyi nəzərə alınaraq cari ilin iyun ayında ölkə başçısı tərəfindən MSN-in fəaliyyəti bərpa olunub və Ali Baş Komandan İlham Əliyev tərəfindən verilən tövsiyyə və tapşırıqların həlli istiqamətində atılacaq addımlar müəyyənləşdirilib.

Bildirilib ki, ölkə başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddət ərzində MSN-in müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məhsullar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.

Milli Ordunu yeni nəsil silah növləri ilə təmin etmək məqsədilə MSN tərəfindən yeni layihələrin reallaşdırılması istiqamətində məqsədyönlü işlərin davam etdirildiyi də diqqətə çatdırılıb.

Müşavirədə müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı ilə bağlı 2020-ci ildə qarşıda duran məsələlərə dair geniş müzakirələr aparılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş