MSN-də CAR nümayəndə heyəti ilə görüş olub

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Cənubi Afrika Respublikası müdafiə nazirinin müavini Tabanq Makveltanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “AzeriDefence” Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində mövcud olan hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşdə hər iki ölkənin səfirləri də iştirak ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş