MSN-də Xorvatiyanın müdafiə naziri ilə görüş olub

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Y. Camalov nümayəndə heyətinə MSN-in fəaliyyəti barədə məlumat verib. Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşdə hər iki ölkənin səfirləri də iştirak ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş