MSN-dən ilk məlumat: partlayış utilizasiya üçün gətirilmiş sursatlardan baş verib

Müdafiə Sənayesi Nazirliyi iyulun 26-da saat 15:35 radələrində Şirvan ”Araz”  zavodunda baş vermiş partlayış ilə bağlı məlumat yayıb.

“AzeriDefence”nin Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alan var.

Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.

Fasilələrlə eşidilən partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb. Hazırda hadisə yerindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı  məlumatlar araşdırmalardan sonra veriləcəkdir.

KATEQORIYA:
Bu xəbəri paylaş