MSN İDEAS-2012 sərgisinə qatılacaq

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) noyabrın 7-dən 11-dək Pakistanın Karaçi şəhərində keçiriləcək İDEAS-2012 adlı sərgi və seminara qatılacaq. Bu barədə MSN-dən məlumat verilib.

İlk dəfə 2008-ci ildə keçirilmiş eyni adlı sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi bəzi məhsulların bukletləri Türkiyə pavilyonundakı kiçik stenddə nümayiş olunub.

İki ildən bir keçirilən İDEAS sərgisinin sonuncusu 2010-cu ilə təsadüf etsə də, Pakistanda baş vermiş sel fəlakəti ilə əlaqədar 2012-ci ilə keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş