MSN-in əməkdaşları peşə bayramlarını qeyd ediblər

MSN-in əməkdaşları peşə bayramlarını qeyd ediblər

Dekabrın 17-də Müdafiə Sənayesi Nazirliyinin içşilərinin peşə bayramı qeyd olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə nazirliyin əməkdaşları Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət ediblər.

Tədbirin rəsmi hissəsi nazirliyin akt zalında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Nazir Mədət Quliyev mərasimdə çıxış edərək bütün şəxsi heyəti peşə bayramı münasibəti ilə təbrik edib.

Bu il Müdafiə Sənayesi Nazirliyinin yaranmasından 14 il keçdiyini qeyd edən nazir Mədət Quliyev Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis texniki vasitələr və digər müdafiə təyinatlı məmulatlar uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verildiyini vurğulayıb.

Daha sonra Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində çalışan qabaqcıl işçilər döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr və pul ilə mükafatlandırılıb.

Tədbirin sonunda nazirliyin kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş